Xəzərdə ovlanan kefal balıqlarının yeyilməsi qadağan edilib

Posted by

Xəzərdə ovlanan kefal balıqlarının yeyilməsi qadağan edilib

 

Xəzərdə ovlanan kefal balıqlarının yeyilməsi qadağan edilib

Xəzərdə ovlanan kefal balıqlarının yeyilməsi qadağan edilib

 

Xəzər dənizindəki kefal balıqları virusa yoluxub. Ona görə də bu növ balıqların istifadəsi zərərlidir və qadağan olunur. Bu bəyanatla İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi Məcid Bəxtiyari çıxış edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

M.Bəxtiyari deyib ki, Xəzər dənizində kefal balıqların ölüm halları günbə gün artmaqdadır: “Ölmüş kefal balıqlarının üzərində analizlər aparılıb. Bu balıqlarda aşkarlanan xəstəlik insan və heyvan üçün ümumi xəstəliklərdəndir. 45 gün ərzində ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin yekun nəticələri açıqlanacaq. Ona görə də əhalinin hələlik bu növ balıqları yeməsini məsləhət görmürük”.

Baytarlıq İdarəsinin rəisi kefal balıqlarının xəstələnməsinə səbəb kimi sənaye və məişət tullantılarının çaylar vasitəsi ilə dənizə axıdılmasını göstərib və deyib ki, çayların çirkli suyu kefal balıqlarının virusa yoluxmasına səbəb olub.

Qeyd edək ki, İranın Mazandaran əyalətində hər il 6 min tona yaxın müxtəlif növ sümüklü balıqlar, o cümlədən kefal, ağ balıq və sazan balıqları ovlanır.

 

Trend.az