Xocalı soyqırımı ilə əlaqədar BMT-nin baş katibinə məktub ünvanlanıb

Posted by

Xocalı soyqırımı ilə əlaqədar BMT-nin baş katibinə məktub ünvanlanıb

Xocalı soyqırımı ilə əlaqədar BMT-nin baş katibinə məktub ünvanlanıb

Xocalı soyqırımı ilə əlaqədar BMT-nin baş katibinə məktub ünvanlanıb

Xocalı soyqırımının reallıqlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev tərəfindən BMT-nin baş katibi Pan Gi Muna məktub ünvanlanıb.

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, məktubda 1992-ci ildə Xocalıda baş vermiş qanlı hadisələr barədə ətraflı məlumat verilib, dünya ictimaiyyətinin, beynəlxalq təşkilat və media nümayəndələrinin, habelə şahidlərin faciəyə verdiyi qiymət öz əksini tapıb.

Bundan başqa, sənəd vasitəsilə baş katibin nəzərinə törədilmiş cinayətlərin ermənilər tərəfindən həyata keçirildiyi və hazıradək günahkar şəxslərin cəza almadıqları çatdırılıb.

Eyni zamanda, fevral ayının 25-də faciə ilə bağlı eyni məzmunda hazırlanmış press-reliz BMT-yə üzv olan dövlətlərin ünvanlarına göndərilib.

Bundan başqa, fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nyu York şəhərində fəaliyyət göstərən “Azerbaijan New York Association” , “Amerika-Azərbaycan Qadınlar Assosiasiyası”, “Türkiyə-Amerika Assosiasiyası” və “Federation of Turkish American Associations” təşkilatları ilə birlikdə iki etiraz aksiyası təşkil olunub.

Əvvəlcə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında Daimi nümayəndəliyi qarşısında toplaşıb, Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantları ətrafdakı əcnəbilərə nümayiş etdirib, baş vermiş hadisələr barədə ətraflı məlumat verib, çıxışlar ediblər.

Daha sonra sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını BMT qərargahın binasının qarşısında əvvəlcədən şəhər meriyasından alınmış icazə əsasında davam etdiriblər. Burada tədbirə Nyu Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr qatılıblar.

 

Trend.az