Xocalı faciəsi Riqada da anılıb

Posted by

Xocalı faciəsi Riqada da anılıb

Xocalı faciəsi Riqada da anılıb

Xocalı faciəsi Riqada da anılıb

Latviyadakı Riqa Klassik Gimnaziyasında “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Gimnaziyanın şagirdləri anım günü münasibətilə Xocalıda baş verən hadisələrlə bağlı hazırladıqları kiçik səhnəciyi nümayiş etdirib.

 

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı Səfirliyinin nümayəndələri, Latviyanın kütləvi informasiya vasitələrinin, latış və rus xalqının təmsilçiləri və burada yaşayan azərbaycanlılar iştirak edib.

 

Tədbirdə Ocaq Latviya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Aliyev, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı səfirinin müşaviri Gəray Muradov və digərləri çıxış edərək erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırım haqqında geniş məlumat veriblər.

 

Qeyd edək ki, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzininrəhbəri Roman Aliyev eyni zamanda Riqa Klassik Gimnaziyasın direktorudur. Gimnaziyada azərbaycanlılarla yanaşı, ruslar latışlar da təhsil alır.

 

sia.az