“Xocalı ayı” çərçivəsində Ukraynada tədbir keçirilib

Posted by

"Xocalı ayı" çərçivəsində Ukraynada tədbir keçirilib

“Xocalı ayı” çərçivəsində Ukraynada tədbir keçirilib

"Xocalı ayı" çərçivəsində Ukraynada tədbir keçirilib

Ukrayna Azərbaycanlı Gənclər Birlyinin (UAGB), Ümumukrayna Gənclər Assambleyasının və ASAİF-in təşəbbüsü və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dəstəyi ilə Ukraynada elan olunmuş “Xocalı ayı” çərçivəsində növbəti tədbir Xerson Dövlət Universitetində keçirilib. UAGB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xerson Dövlət Universitetinin müəllim heyətinin, tələbələrin və bir sıra xalqların diaspora təşkilatları nümayəndələrinin qatıldığı anim mərasimində çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birlyinin Xerson Vilayət təşkilatının sədri Elbin Quliyev deyib ki, Xocalı soyqırımını törətməklə bəşər tarixinin qəddarlıq səlnaməsinə əbədi imza atan erməni qəsbkarları öz tarixi cinayətləri qarşısında cavab verməlidir. O ermənilərin son iki əsrdə Azərbaycanın tarixi ərazilərində həyata keçirtdikləri soyqırımı, deportasiya və işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib.

 

Sonra mərasimə qatılanlar “Sözün bitdiyi zaman” filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdikləri soyqırımı və işğalçılıq siyasəti ilə tanış olublar. Filmə baxdıqdan sonra çıxış edən Xerson Gənclər Təşkilatının rəhbəri Andrey Solomoxin, Xerson Dövlət Universitetinin xarici dillər kafedrasının müdiri Yevgeni İrkliy və digər tədbir iştirakçıları ermənilərin Xocalı şəhərində dinc əhaliyə, xüsusi ilə uşaqlara, qadınlara və yaşlı insanlara qarşı törətdikləri vəhşilikləri bir xalqa və millətə qarşı yönəlmiş əsl soyqırımı siyasəti adlandırıblar. Beynəlxalq təşkilatları və dünya birliyini belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyə səsləyiblər.

 

Sia.az