Vyetnam 2014-cü ildə 3,5 milyon barel Azərbaycan nefti alacaq

Posted by

Vyetnam 2014-cü ildə 3,5 milyon barel Azərbaycan nefti alacaq

 

Vyetnam 2014-cü ildə 3,5 milyon barel Azərbaycan nefti alacaq

Vyetnam 2014-cü ildə 3,5 milyon barel Azərbaycan nefti alacaq

 

Vyetnamın “Vietnam National Oil and Gas Group”unun tərkibinə daxil olan “Petrovietnam” şirkəti 2014-cü ildə ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 3,5 milyon barel neft alacaq. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “Wall Street Journal” qəzeti “Petrovietnam” şirkətinə istinadən yazır.

Materialda qeyd olunur ki, Vyetnamın “Bach Ho” neft markası ilə qarışdırılan Azərbaycan nefti gücü günlük 130 min barel olan “Dung Quat” zavodunda emal olunacaq.

“Petrovietnam” şirkəti Dövlət Neft Şirkətindən 2014-2016-cı illərdə neft almaq barədə ARDNŞ-lə razılığa gəlib.

Hazırda Vyetnam neft ixracatçısıdır, perspektivdə isə emal güclərinin artırılması planları ilə əlaqədar netto-idxalçıya çevriləcək. Belə ki, 2017-ci ildə ölkə gün ərzində emal gücü 200 min barel olan “Nghi Son” neft emalı zavodunu istismara vermək niyyətindədir.

2013-cü ildə Vyetnam 7,15 milyon ton neft ixrac edib. 2012-ci ildə bu rəqəm 8,52 milyon ton olub.

 

Trend.az