Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü geniş tərkibdə davam etdirilir

Posted by

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü geniş tərkibdə davam etdirilir

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü geniş tərkibdə davam etdirilirVyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü geniş tərkibdə davam etdirilir

Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü başa çatıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.

“Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə qatılıblar”, – deyə A. Saqatelyan qeyd edib.

Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.

İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.