Vilnüsdə III Şərq Tərəfdaşlığı Sammiti öz işinə başlayır

Posted by

Vilnüsdə III Şərq Tərəfdaşlığı Sammiti öz işinə başlayır

Vilnüsdə III Şərq Tərəfdaşlığı Sammiti öz işinə başlayırVilnüsdə III Şərq Tərəfdaşlığı Sammiti öz işinə başlayır

Bu gün Vilnüsdə III Şərq Tərəfdaşlığı Sammiti öz işinə başlayır.
Trend-in məlumatına görə, noyabrın 28-i və 29-u davam edəcək sammitdə Avropa İttifaqına üzv dövlətlər və altı Şərq Tərəfdaşlığı ölkəsindən yüksəkrütbəli rəsmilər iştirak edəcək.

Sammit çərçivəsində gələcək əməkdaşlığa dair qərarların qəbulu, Azərbaycanla viza sadələşdirilməsinə dair sazişin imzalanması, Gürcüstanın Aİ-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqqında çərçivə sazişinin imzalanması, Moldova və Gürcüstan ilə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması haqqında sazişlərin paraflanması, həmçinin Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması nəzərdə tutulub.