Urmiya gölünün quruması ilə üç milyon azərbaycanlı köçmək məcburiyyətində qalacaq

Posted by

Urmiya gölünün quruması ilə üç milyon azərbaycanlı köçmək məcburiyyətində qalacaq

Urmiya gölünün quruması ilə üç milyon azərbaycanlı köçmək məcburiyyətində qalacaqUrmiya gölünün quruması ilə üç milyon azərbaycanlı köçmək məcburiyyətində qalacaq

Ötən gecə İran Dövlət Televiziyasının birinci kanalında Urmiya gölünün vəziyyətinin araşdırılması ilə bağlı debat təşkil olunub. Trend-in məlumatına görə, bu barədə “Tabnak” saytı məlumat verir.
Məlumata əsasən, teledebatda İranın Qərbi Azərbaycan vilayətinin başçısı Vəhid Cəlalzadə, ölkənin ekologiya və ətraf mühit təşkilatının sədr müavini Əhməd Əli Keyxa, İran Parlamentinin nümayəndələri Mənsur Həqiqətpur və Nadir Qazipur, İranın Energetika Nazirliyinin Su və Su Resursları İdarəsinin başçısı Əlirza Daimi və İranın Meşələrin Qorunması təşkilatının elmi araşdırma mərkəzinin üzvü Məhəmməd Dərviş və İranın müxtəlif böləgələrindən universitet tələbələri iştirak ediblər.
Teledebat zamanı İranın Qərbi Azərbaycan vilayətinin başçısı Vəhid Cəlalzadə deyib ki, bu günlərdə Urmiya gölünün vəziyyəti çox ağırdır: “30 il Urmiya gölünə diqqətsizlik olub. Bəndlərin tikilməsi və iqlim dəyişiklikləri nəticəsində hazırda gölün 70 faizi quruyub və indi gölün xilası üçün bütün qüvvələr səfərbər olmalıdır”.
İran Parlamentinin nümayəndəsi Mənsur Həqiqətpur isə deyib ki, Urmiya gölündə 14 milyon kubmetr su çatışmazlığı var.
Həqiqətpur əkin sahələrinin 110 min hektardan 450 min hektaradək artırılmasını, bəndlərin tikilməsini, Urmiya gölünün ətrafında 30 mindən çox su quyusunun qazılmasını gölün qurumasına əsas səbəblər kimi göstərib və deyib ki, Araz çayından Urmiya gölünə suyun axıdılması qeyri-peşəkarcasına bir işdir.
Həqiqətpur əlavə edib ki, Urmiya gölünün suyunun quruması ilə gölün suyundan istifadə edən yarım milyon insanın həyatı təhlükə ilə üzləşəcək.
İran Parlamentinin digər nümayəndəsi Nadir Qazipur Urmiya gölündə hazırkı vəziyyətin yaranmasında ölkənin Energetika və Ekologiya nazirliklərinin günahkar olduğunu bildirib və deyib ki, son 20 ildə su bəndləri və kənd təsərrüfatı sahəsində işlərin görülməsi ilə bağlı bu iki nazirliyin verdiyi lisenziyalar nəticəsində Urmiya gölündə vəziyyət bu həddə çatıb.
O bildirib ki, Urmiya gölünün quruması ilə hektarlarla əkin sahələri quruyacaq, nəticədə zavodlar və istehsal müəssisələri bağlanacaq və bunun da nəticəsində həmin bölgədə yaşayan üç milyon azərbaycanlı köçmək məcburiyyətində qalacaq.