Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib

Posted by

Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı dekabrın 12-də “IDEA” İctimai Birliyinin, “İrəli” İctimai Birliyinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabr ayından start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində keçirilən aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

AzərTAc xəbər verir ki, aksiya zamanı rayonun Rüstəm Rüstəmov küçəsində səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, 500-dək yeni ağac əkilib. Təzə əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

AzərTac.az