Ukrayna Rusiyanın təkliflərini rədd edib

Posted by

Ukrayna Rusiyanın təkliflərini rədd edib

 

Ukrayna Rusiyanın təkliflərini rədd edib

Ukrayna Rusiyanın təkliflərini rədd edib

 

Ukrayna Xarici İşlər Nazirliyi ölkədə böhrandan çıxış yolları ilə bağlı Rusiya XİN-in irəli sürdüyü təkliflərin qəbuledilməz olduğunu bildirib.

 

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN-in informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynıs deyib. “Rusiya XİN-in bu bəyanatı ultimatuma bənzəyir. Orada əks olunan mövqe Ukrayna tərəfindən qətiyyən qəbul edilə bilməz”, – deyə o, söyləyib.

 

Y. Perebiynıs qeyd edib ki, Kiyev və Moskva arasında beynəlxalq vasitəçilərin iştirakı ilə aparılacaq istənilən danışıqlar yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət əsasında keçirilməlidir: “Bu, o deməkdir ki, Rusiya tərəfi dərhal Ukrayna ərazisindəki təcavüzə və təxribatlara son qoymalı, öz qoşunlarını ölkəmizdən çıxararaq daimi dislokasiya yerlərinə qaytarmalıdır”.

 

Xatırladaq ki, Rusiya Ukraynada yaranmış böhranın həlli üçün Kiyevin Krım referendumunun nəticələrini tanımasını, gələcəkdə NATO-ya üzvlükdən imtina etməsini, ölkənin federallaşmasını, rus dilinə ikinci dövlət dili statusunun verilməsini təklif edib.

 

Apa.az