Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar Vaşinqtonda tədbir keçirilmişdir

Posted by

Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar Vaşinqtonda tədbir keçirilmişdir

Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar Vaşinqtonda tədbir keçirilmişdir

Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar Vaşinqtonda tədbir keçirilmişdir

Mayın 8-də Vaşinqtondakı Amerika-Azərbaycan Mədəniyyət Mərkəzində Şuşanın işğalının 22-ci ildönümü qeyd olunmuşdur. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) və Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş tədbirdə Vaşinqtonun Azərbaycan icmasının üzvləri, ölkəmizin ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova xaricdə belə tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd etmişdir.

Sonra AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbiri, ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı çıxış edərək Şuşanın və Dağlıq Qarabağın işğalından danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gerçəklikləri barədə Amerika ictimaiyyətinin məlumatlandırılmasında ABŞ-ın Azərbaycan icması üzvlərinin fəal iştirakının əhəmiyyətini vurğulamışdır. O, işğal olunmuş Şuşanın və Azərbaycanın bütün Dağlıq Qarabağ regionunun tezliklə azad ediləcəyinə əmin olduğunu bildirmişdir.

Sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin müşavirləri Fəxrəddin İsmayılov və Məmməd Talıbov çıxış edərək Ermənistanın regiondakı pozucu işğalçılıq siyasətindən danışmışlar. Qeyd etmişlər ki, son illər Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində uğurlu iş aparır. ABŞ-da yaşayan azərbaycanlıların yeni nəsli öz vətəninin müasir tarixini bilməlidir.

Azərbaycan icmasının üzvü, Şuşa şəhərindən olan Pənah İbrahimov tədbirdə çıxış edərək Şuşanın tarixindən, Azərbaycanın böyük mədəniyyət mərkəzlərindən biri olan bu şəhərin ermənilər tərəfindən işğalından söhbət açmışdır. P.İbrahimov Azərbaycanın faciəli günlərini yaddan çıxarmamağa və Azərbaycan torpaqlarının tezliklə geri qaytarılması üçün səy göstərməyə çağırmışdır.

Toplaşanlar o faciəli günlərdə Şuşada həlak olanların xatirəsini yad etmişlər.

Sonra Şuşanın tarixi və 1992-ci il mayın 8-də onun erməni silahlı qüvvələri tərəfindən işğalı haqqında film göstərilmişdir.

 

AzərTac.az