TRT-nin baş direktoru Bakıya səfər edəcək

Posted by

TRT-nin baş direktoru Bakıya səfər edəcəkTRT-nin baş direktoru Bakıya səfər edəcək

TRT-nin baş direktoru Bakıya səfər edəcək

TRT-nin baş direktoru Şenol Göka Bakıya səfər edəcək. Bu barədə Trend-ə TRT-nin Bakı təmsilçiliyindən daxil olan məlumatda bildirilib.

 

Məlumatda qeyd olunur ki, Türkiyə-Azərbaycan Media əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində Bakıda bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Şenol Gökanın Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək “Media qanunu, etika və hədəflər”’ mövzusunda toplantıda iştirak edəcəyi gözlənilir.

 

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın verdiyi məlumata əsasən, ziyarət çərçivəsində iki ölkə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq və bu işbirliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq.

 

Səfər 11-13 dekabrda baş tutacaq.

 

Trend.az