Türkmənistanın xarici işlər naziri Azərbaycana ikigünlük səfərə gəlib
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov çərşənbə günü Azərbaycana ikigünlük səfərə gəlib.
Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, Meredov səfər zamaı ölkə rəhbərliyi, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 88,15 milyon dollar təşkil edib. Bu həcmin yarıdan çoxu Azərbaycana idxal olunan türkmən mallarının payına düşür. Azərbaycandan Türkmənistana ixrac 39,85 milyon dollar təşkil edib.
Trend.az