Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub

Posted by

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özeli qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N. Özel rəsmi protokola uyğun olaraq, “Şərəf Kitabı”nda ürək sözlərini qeyd edəndən sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.

Görüşdə Z. Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, bu strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, qardaşlıq münasibətləri əsasında qurulduğunu və bu əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Öz növbəsində, N. Özel dövlətlərimizin əlaqələrinin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə, N. Özel Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.

Apa.az