Türkiyənin media nümayəndələri BDU-da
Bakıda Azərbaycan Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçirilir.
Bakı Dövlət Universitetindən (BDU) AzərTAc-a bildiriblər ki, Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Baş direktoru Şenol Göka, TRT Avaz Televiziyasının əlaqələndirmə direktoru Murat Akkoç, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan bu ali məktəbdə olublar.
Görüşdə universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun tarixi və jurnalistika fakültəsi barədə məlumat verib.
Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev fakültənin fəaliyyətindən danışıb.
Sonra media, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
AzərTac.az