Türkiyənin mədəniyyət və turizm naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Posted by

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyətinin üzvləri noyabrın 23-də Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər çiçəklər düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə çiçəklər qoyulub.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən oğullarının və qızlarının xatirəsini yad ediblər.

Nazir Ömər Çelik və nümayəndə heyətinin üzvləri türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, abidənin önünə çiçəklər düzüblər.

AzərTac.az