Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə dövlət tədbirləri başlayıb

Posted by

Türkiyədə Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə silsilə dövlət tədbirləri başlayıb.

Aprelin 23-də bayram münasibətilə Ankarada Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət olunub, Anıtqəbirin önünə əklil qoyulub. Mərasimdə Türkiyənin dövlət və hökumət təmsilçiləri, Böyük Millət Məclisinin üzvləri, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici qonaqlar, ölkə ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.

Bayram münasibətilə İstanbulda Barış Zirvəsi təşkil olunub.

Zirvədə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Milli Məclisin deputatları, görkəmli alimlər daxildir.

AzərTac.az