Türkiyə səfiri yeni hərbi attaşeni Kəmaləddin Heydərova təqdim edib

Posted by

Türkiyə səfiri yeni hərbi attaşeni Kəmaləddin Heydərova təqdim edibTürkiyə səfiri yeni hərbi attaşeni Kəmaləddin Heydərova təqdim edib

Türkiyə səfiri yeni hərbi attaşeni Kəmaləddin Heydərova təqdim edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqunu qəbul edib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Türkiyənin Azərbaycandakı səfiri İ.A.Coşqunu qəbul edib.

 

Görüşdə nazir K.Heydərov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyətini başa vurmuş keçmiş hərbi attaşesi, general-leytenant Hasan Nevzat Taşdelerin iki qardaş ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfəni xüsusi olaraq vurğulayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Səfir İ.A.Coşqun Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki yeni hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu nazirə təqdim edib.

 

Fövqəladə hallar naziri bildirib ki, qardaş Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da gücləndirilməsi üçün geniş perspektivlər mövcuddur.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Trend.az