Türkiyə ilə Azərbaycanın mədəniyyət və turizm sahəsində birgə işçi qrupu yaratması planlaşdırılır
“Türkiyənin Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi hər iki ölkənin həyatında mühüm hadisə olacaq. Bizim mədəni əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək”.
APA-nın məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm naziri Ömer Çelik deyib.
Nazirin sözlərinə görə, Türkiyə ilə Azərbaycanın mədəniyyət və turizm sahəsində birgə layihələr həyata keçirməsi üçün işçi qrupun yaradılması planlaşdırılır: “Bu məsələni azərbaycanlı həmkarım Əbülfəs Qarayevlə görüşdə müzakirə etdik, bu sahədə müvafiq proqramlar diqqət mərkəzindədir. Mədəniyyət və turizm üzrə yaradılacaq işçi qrup çərçivəsində biz qarşıdakı vəzifələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparmaq üçün müntəzəm görüşəcəyik. İki ölkənin bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olmaları üçün mədəniyyət günlərinin bir həftə yox, bir ay keçirilməsi məqsədəuyğun olardı”.
Apa.az