Azərbaycanla Türkiyənin mədəniyyət nazirləri görüşüblər

Posted by

Azərbaycanla Türkiyənin mədəniyyət nazirləri görüşüblər Azərbaycanla Türkiyənin mədəniyyət nazirləri görüşüblər

Azərbaycanla Türkiyənin mədəniyyət nazirləri görüşüblər

Bu gün Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi altında incəsənət ustaları Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

 

APA-nın məlumatına görə, qonaqlar daha sonra Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşüb, gün ərzində Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.

 

Qeyd edək ki, Azərbaycanda Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri çərçivəsində “Türkiyədən Rənglər” foto-sərgiləri, Dövlət Mahnı Teatrında “Xalq ozanlarının deyişməsi”, Nizami Kino Mərkəzində “Aşk Tesadüfleri Sevər” və “Yozğat Bules” filmlərinin nümayişi, Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının “Nereye” və “Meraklısı Çin Öyle Bir Hikaye” tamaşalarına baxış keçiriləcək.

 

Apa.az