TQDK sədri vətəndaşları qəbul edəcək

Posted by

TQDK sədri vətəndaşları qəbul edəcək

TQDK sədri vətəndaşları qəbul edəcək

TQDK sədri vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Trend komissiyanın saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində keçiriləcək qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış Qubadlı, Zıngilan, Şuşa rayonlarından məcburi köçkünlər iştirak edə bilərlər.

Sumqayıt şəhərində qəbul iyulun 4-də saat 11:00-da Sumqayıt şəhər Tarix Muzeyində (Sumqayıt şəhəri, Dostluq küçəsi. 4 m-r) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələridirlər. (eservices.tqdk.gov.az/SedrinQebulu).

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Sumqayıt, Abşeron və Xizi rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.

 

Trend.az