TQDK sədri Sabirabad şəhərində vətəndaşları qəbul edib

Posted by

TQDK sədri Sabirabad şəhərində vətəndaşları qəbul edibTQDK sədri Sabirabad şəhərində vətəndaşları qəbul edib

TQDK sədri Sabirabad şəhərində vətəndaşları qəbul edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Sabirabad şəhərində vətəndaşları qəbul edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarından və Şirvan şəhərindən olan sakinlər və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.

 

Görüş zamanı vətəndaşlar komissiya sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtahanları, orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlər barədə müraciətlər edib və regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılmasını təklif ediblər.

 

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.

 

Görüşdən sonra TQDK-nın sədri qeyd olunan şəhər və rayonların təhsil şöbələrinin müdirləri ilə görüş keçirib, təhsilin vəziyyəti ilə maraqlanıb və ötən il həmin şəhər və rayonlar üzrə qəbulun nəticələri müzakirə olunub.

 

Apa/az