TQDK hazırlıqlara başladı

Posted by

TQDK hazırlıqlara başladıTQDK hazırlıqlara başladı

TQDK hazırlıqlara başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlər keçirəcək.

 

Komissiyadan Trend-ə verilən məlumata görə, treninqlərə respublikanın 80 şəhər və rayonundan 15 000-ə yaxın müəllim cəlb olunacaq.

 

Yanvarın 26-dan martın 5-dək aparılacaq treninqlərdə məqsəd nəzarətçi–müəllimləri test imtahanlarının texnologiyası ilə tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

 

Treninqlər Bakı və Sumqayıt şəhərlərində TQDK mərkəzi aparatının, digər şəhər və rayonlarda isə komissiyanın regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılacaq.

 

İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün treninqlərin 25-30 nəfərlik qruplarla aparılması nəzərdə tutulub. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunacaq, Komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film nümayiş etdiriləcək.

 

Trend.az