Təhsil Nazirliyi tərəfindən yeni yaradılan “SABAH” qrupları ictimaiyyətə təqdim olunacaq

Posted by

“Azərbaycanda istər turizm, istərsə də mədəniyyət sahəsinin geniş və sürətlə inkişaf etməsini nəzərə alaraq bu sahələrdə kadr hazırlıqlarının təkmilləşdirilməsi daimi diqqət mərkəzində olmalıdır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu sahədə aparıcı modellərin tətbiq edildiyini nəzərə alaraq müzakirələrə böyük ümidlə baxılır. Nazirin sözlərinə görə, Azərbaycan Turizm İnstitutunda bu gün tətbiq olunan bir sıra təcrübələr, xüsusilə xarici universitetlərlə əməkdaşlıq, müasir tədris proqramları ilə tədrisin bir hissəsinin həyata keçirilməsinin daha yaxından öyrənilməsi digər təhsil müəssisələrində olan təcrübə ilə birgə tədqiq edilərək digər təhsil pillələrində tətbiq olunmalıdır.

Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən ali təhsilin bir sıra prioritetlərinin açıqlandığını deyən M.Cabbarov vurğulayıb ki, bu çərçivədə sabah Təhsil Nazirliyi tərəfindən yeni yaradılan “SABAH” qruplarının ictimaiyyətə təqdim olunacaq.

Apa.az