Təhsil Nazirliyi: Bu ilin sonuna kimi 365 dərslik elektron şəkildə istifadəçilərin istifadəsinə veriləcək

Posted by

Təhsil Nazirliyi: Bu ilin sonuna kimi 365 dərslik elektron şəkildə istifadəçilərin istifadəsinə veriləcəkTəhsil Nazirliyi: Bu ilin sonuna kimi 365 dərslik elektron şəkildə istifadəçilərin istifadəsinə veriləcək

Təhsil Nazirliyi: Bu ilin sonuna kimi 365 dərslik elektron şəkildə istifadəçilərin istifadəsinə veriləcək

Bu ilin sonuna kimi VI-VII siniflərin hər biri üzrə 12 kitab, II və III siniflərin hər biri üzrə isə 6 kitab olmaqla ümumilikdə 365 dərslik elektron şəkildə istifadəçilərin istifadəsinə veriləcək. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Keyfiyyətin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, artıq kitabların əksəriyyəti hazırdır. Sektor müdiri qeyd edib ki, bundan başqa elektron tapşırıqlar, müxtəlif intellektual oyunlar, ayrı-ayrı video dərslər, təhsillə bağlı bir neçə portallar ilin sonuna kimi tamamlanıb təhsil alanlara, təhsil verənlərə və geniş ictimaiyyətə təqdim olunacaq: “Düşünürük ki, bu resurslardan istifadə təhsilimizdə həm səmərəliliyi, həm də keyfiyyətin artırılmasına əsas səbəb olacaq. Elektron resurslar mövzusu təhsil sahəsi üzrə 2014-cü ilin sonuna yaxın gündəmdə olan əsas mövzulardan biri olub. Bu gün il ərzində hazırlanan resurslar, portallar və digər elektron məzmunla bağlı məhsullar ictimaiyyətə təqdim olunur. Bu istiqamətdə gördüyümüz ən mühüm işlərdən biri də il ərzində elektron dərsliklərin hazırlanmasıdır. İlin sonuna kimi də 365 dərslik elektron şəkildə istifadəçilərə təqdim ediləcək”.

 

Apa.az