Terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən aktivlərin dondurulmasına dair yeni qaydalar təsdiqlənib

Posted by

Terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən aktivlərin dondurulmasına dair yeni qaydalar təsdiqlənib

Terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən aktivlərin dondurulmasına dair yeni qaydalar təsdiqlənib

Terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən aktivlərin dondurulmasına dair yeni qaydalar təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev “Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, söhbət Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinərək aşkarlanan aktivlərin dondurulması ilə əlaqədar yeni qaydalardan gedir.

 

Dəyişikliklərdə müvafiq icra hakimiyyəti tərəfindən aparılan yoxlama zamanı terrorçuluğun maliyyələşdirilməsində aşkar olunan fiziki və hüquqi şəxslərə məxsus aktivlərin dərhal məhkəmə yolu ilə dondurulması və görüləcək tədbirlər təsbit olunub.

Konkret olaraq Mülki Prosessual Məcəlləyə aşağıdakı məzmunda 40-4-cü fəsil əlavə edilib:

 

“Fəsil 40-4. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat

 

Maddə 355-11. Ərizənin verilməsi

 

355-11.1. Müvafiq icra hakimiyyəti orqanı apardığı ilkin yoxlama nəticəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 19-1.4-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə, fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması üçün məhkəməyə müraciət edir.

 

355-11.2. Aktivlərin dondurulması barədə ərizə aktivlərin yerləşdiyi yer üzrə verilir.

 

Maddə 355-12. Ərizənin məzmunu

 

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizədə aktivlərin dondurulması üçün qanunda nəzərdə tutulmuş əsaslar, həmçinin aktivlər barədə məlumatlar və onlar haqqında məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

 

Maddə 355-13. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi

 

355-13.1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

 

355-13.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

 

355-13.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

 

355-13.4. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

 

355-13.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

 

Maddə 355-14. Aktivlərin dondurulması ilə bağlı tədbirlərin ləğvi

 

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən sonra aktivlərin dondurulması üçün əsaslar aradan qalxdıqda, aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən məhkəmə tərəfindən 5 gün müddətində aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilir”.

 

Apa.az