Donald Tramp ABŞ Prezidenti seçilib

Posted by

Donald Tramp ABŞ Prezidenti seçilib

Donald Tramp ABŞ Prezidenti seçilib

Donald Tramp ABŞ Prezidenti seçilib

ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.

 

AZƏRTAC xəbər verir ki, Donald Tramp son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

 

Yeni Prezident qələbədən sonra Nyu-Yorkda tərəfdarları ilə görüşdə çıxış edərkən bildirib: “Dünyanın ən güclü iqtisadiyyatına sahib olacağıq. Eyni zamanda, bütün xalqlarla mehriban münasibətləri davam etdirəcəyik”.

 

1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.

 

AZƏRTAC