Tanzaniyaya yardım məqsədilə Azərbaycan-Türkiyə əməkdaşlıq proqramının icrasına başlanıb

Posted by

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə Tanzaniyaya yardım məqsədilə Azərbaycan-Türkiyə əməkdaşlıq proqramının icrasına başlanıb.

TİKA-dan APA-ya verilən məlumata görə, proqram çərçivəsində Azərbaycan və Türkiyədən olan həkimlər Tanzaniyanın ən iri şəhəri olan Darüssəlama səfər ediblər.

Layihə çərçivəsində yüzdən artıq katarakta xəstəsi əməliyyat olunub, habelə ehtiyacı olan yüzlərlə tanzaniyalı müayinədən keçib.

Layihə çərçivəsində həmçinin Azərbaycan filosofu, alim Seyid Yəhya Bakuvinin adını daşıyan su quyusunun təntənəli açılışı olub. Açılışda Azərbaycanın və Türkiyədən olan nümayəndələr, Türkiyənin Tanzaniyadakı səfiri Əli Davudoğlu iştirak edib.

Mərasimdə çıxış edən azərbaycanlı həkim Bəhruz Quliyev Tanzaniyaya getmək təklifini tərəddüd etmədən qəbul etdiyini bildirib: “İnsanların üzündə sevinc görmək başqa bir duyğudur. Bura gəlməyimizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm”.

Apa.az