İtaliyada “Azərbaycana baxış” mövzusunda “dəyirmi masa” keçirilib

Posted by

İtaliyada “Azərbaycana baxış” mövzusunda “dəyirmi masa” keçirilib

İtaliyada “Azərbaycana baxış” mövzusunda “dəyirmi masa” keçirilib

 

İtaliyada “Azərbaycana baxış” mövzusunda “dəyirmi masa” keçirilib

İtaliyanın Trentino-Alto Adige muxtar vilayətinin paytaxtı Trento şəhərindəki Azərbaycan Tədqiqatları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana baxış” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Tədbirdə Azərbaycanın tarixi, beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.

 

Mərkəzin rəhbəri Fernando Orlandi, Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının (ASSAC) prezidenti Daniel Pommier, Rusiya Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun İtaliyadakı nümayəndəsi Mixail Talalay, Milanda fəaliyyət göstərən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı və Azərbaycan haqqında yazılmış bir sıra kitab və məqalələrin müəllifi Karlo Frappi, “Azərbaycanın xarici əlaqələri” kitabının həmmüəllifləri Alessandro Quarenqi, Andrea Nasti və digər ekspertlər müvafiq mövzuda məruzələrlə çıxış ediblər.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

AzərTac.az