İstanbulda Qarabağ qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirilib

Posted by

İstanbulda Qarabağ qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirilibİstanbulda Qarabağ qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirilib

İstanbulda Qarabağ qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirilib

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində azərbaycanlı şair İradə Əlilinin “Mənim sevgi dünyam” kitabının təqdimatı və imza mərasimi keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, imza mərasimində satılan kitabların gəliri Qarabağ qazisi Rüxsarə Cumayevanın növbəti cərrahiyyə əməliyyatına sərf ediləcək.

 

Tədbirin açılışında çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Qaraqoyunlu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini daim gündəmdə saxladıqlarını və bundan sonrakı dönəmdə də Qarabağ qazilərinin müalicəsi və reabilitasiyası ilə ciddi şəkildə məşğul olacaqlarını vurğulayıb.

 

Müasir türk şeirinin böyük ustalarından biri, əslən qarabağlı olan Yavuz Bülənt Bakilər tədbirdəki çıxışında qazilərə yardım məsələsinin Türkiyənin hər tərəfinə yayılmasının vacibliyindən bəhs edib. O, Qarabağ qazisi Rüxsarə Cumayevanın bank hesabına 1000 lirə keçirəcəyini bildirib.

 

“Mənim sevgi dünyam” kitabının müəllifi İradə Əlili tədbirdəki çıxışında Qarabağ qazisi Rüxsarə Cumayevaya yardım məqsədilə İstanbulda təşkil edilmiş imza mərasiminə görə S. Qaraqoyunluya təşəkkür edib. İ. Əlili Qarabağ qazisinə yardım kampaniyasının hədəfinə çatması üçün Azərbaycandakı tədbirlərin də davam etdiriləcəyini söyləyib.

 

Tədbirin sonunda İradə Əlili kitabını iştirakçılar üçün imzalayıb. Müəllifin imzaladığı kitabların satışından toplanmış pul vəsaiti tədbirdən sonra İradə Əlili və Səfər Qaraqoyunlu tərəfindən Qarabağ qazisi Rüxsarə Cumayevaya çatdırılıb.

 

Apa/az