İstanbulda fırtına nəticəsində dəniz reysləri ləğv olunub
İstanbulda yenidən dəniz reysləri ləğv olunub. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir neçə gündür davam edən qatı duman və fırtına olub.
Dekabrın 1-nə planlaşdırılan reyslər ləğv olunub. Onların digər günlərə keçirilməsi barədə məlumat verilmir.
Əlverişsiz hava şəraitinə görə dünən də İstanbulda dəniz reysləri ləğv olunmuşdu.
Trend.az