İstanbulda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin təkəri yanıb

Posted by

İstanbulda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin təkəri yanıb

 

İstanbulda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin təkəri yanıb

İstanbulda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin təkəri yanıb

 

İstanbulun Atatürk Hava Limanında Bakı-İstanbul reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sağ təkəri yanıb.

Trend “Zaman” qəzetinə istinadən məlumat verir ki, QSC-yə məxsus “Boeing 757-200” tipli təyyarə Bakı vaxtı ilə saat 12:50-də Atatürk Hava Limanına enib. Təyyarə sərnişinlərin enməsi üçün Xarici reyslər terminalına yaxınlaşıb. Bu zaman parklanmış təyyarənin sağ arxa təkərləri ani olaraq alışıb. Alovun qarşısı qısa zamanda alınıb, yanğın söndürülüb.

Hava gəmisindən enən sərnişinlərin təhlükəsizliyi təmin edilib. Təyyarə təmirdən sonra İstanbul-Bakı reysini uğurla həyata keçirib.

 

Trend.az