İstanbulda 5-ci Boğaziçi sammiti keçirilib

Posted by

İstanbulda 5-ci Boğaziçi sammiti keçirilib

İstanbulda 5-ci Boğaziçi sammiti keçirilib

 

 

İstanbulda 5-ci Boğaziçi sammiti keçirilib

Dekabrın 10-12-də İstanbulda Türkiyə İxracatçılar Məclisinin ev sahibliyi ilə Beynəlxalq Əməkdaşlıq Platformasının (UPI) 5-ci Boğaziçi sammiti keçirilib.

 

“Sabahın dəyişən ssenariləri: çətinlikləri anlamaq və dialoqlar inkişaf etdirmək” mövzusuna həsr olunmuş sammitə 70 ölkədən dövlət və hökumət rəsmiləri, diplomatlar, beynəlxalq sərmayəçilər, elm xadimləri qatılıblar.

 

Sammitdə Azərbaycandan nümayəndə heyəti, o cümlədən AzəTAc-ın əməkdaşları da iştirak ediblər.

 

Tədbirin açılışında çıxış edən Türkiyənin 11-ci Prezidenti Abdullah Gül bölgədə baş verən proseslərdən danışıb, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığın və dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Sammitin növbəti günlərində Türkiyə Baş nazirinin müavini Əli Babacan, maliyyə naziri Mehmet Şimşek, bağlanışında isə Baş nazirin müavini Bülent Arınç çıxış ediblər.

 

Tədbir işini bölmə iclasları ilə davam etdirib.

 

AzərTac/az