“ASAN xidmət” Heydər Əliyev zirvəsini fəth etdi

Posted by

"ASAN xidmət" Heydər Əliyev zirvəsini fəth etdi“ASAN xidmət” Heydər Əliyev zirvəsini fəth etdi

"ASAN xidmət" Heydər Əliyev zirvəsini fəth etdi

“ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri Heydər Əliyev zirvəsinə yürüş ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə bildiriblər ki, “ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə Hava və Eksterimal İdman Növləri Federasiyası tərəfindən təşkil edilən Heydər Əliyev zirvəsinə yürüşdə iştirak ediblər.

 

Dekabrın 11-də yürüş iştirakçıları Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

 

Ümummilli lider Heydər ƏIliyevin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev zirvəsində Azərbaycan Respublikasının bayrağı ilə yanaşı “ASAN xidmət”in bayrağı da dalğalandırılıb. İştirakçılar Azərbaycan Respublikasının dövlət himinini oxuyub və ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Yürüş iştirakçıları dekabrın 12-də Fəxri xiyabanı ziyarət edərək ümummilli liderin xatirəsini yad ediblər.

 

Trend.az