Sərhəd Qoşunlarının hərbi hissələrində gənc əsgərlər Hərbi Andı qəbul ediblər

Posted by

Sərhəd Qoşunlarının hərbi hissələrində gənc əsgərlər Hərbi Andı qəbul ediblərSərhəd Qoşunlarının hərbi hissələrində gənc əsgərlər Hərbi Andı qəbul ediblər

Sərhəd Qoşunlarının hərbi hissələrində gənc əsgərlər Hərbi Andı qəbul ediblər

Dövlət Sərhəd Xidmətinin Naxçıvan, Horadiz, Şəmkir və Yevlax şəhərində yerləşən hərbi hissələrində gənc əsgərlərin Hərbi And qəbulu münasibəti ilə tədbirlər keçirilib.

 

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin bu münasibətlə şəxsi heyətə təbrik telefonoqramı çatdırılıb. Tədbirdə hərbi hissə komandirləri və gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təbrik edib, onlara sərhədçi təlimi keçmiş hərbi qulluqçulara təşəkkürlərini bildiriblər.

 

Tədbir gənc əsgərlərin Hərbi Andı qəbul etmələri və tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

 

 

Apa.az