İsrailin Azərbaycandakı səfiri cənub bölgəsinə səfəri çərçivəsində Lerik rayonunda olmuşdur

Posted by

İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın başçılıq etdiyi nümayəndə heyəti cənub bölgəsinə səfəri çərçivəsində mayın 15-də Lerik rayonuna gəlmişdir.

AzərTAc xəbər verir ki, qonaqlar rayon tarix-diyarşünaslıq və “Uzunömürlülər” muzeylərinə baş çəkmiş, rayon mədəniyyət evində açılmış sərgi, eləcə də rayon mərkəzi xəstəxanası və Zuvand ərazisinin təbiəti ilə tanış olmuşlar.

Rayon icra hakimiyyətində səfir Rafael Harpaz ilə görüş keçirilmişdir.

Nümayəndə heyətinə rayonun sosial-iqtisadi, mədəni inkişafı haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan ilə digər ölkələr arasında qardaşlıq münasibətləri gündən-günə güclənir. Hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanlar mövcuddur.

Səfir Rafael Harpaz Azərbaycanda gedən sosial-iqtisadi inkişaf proseslərinin onda dərin xoş təəssürat yaratdığını vurğulayaraq, bu inkişafın Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirmişdir.

İsrailli diplomat Lerik rayonunun füsunkar təbiətinin onu valeh etdiyini diqqətə çatdırmışdır.

Həmin gün Qosmalian inzibati ərazi dairəsinə səfər edən nümayəndə heyəti Hiveri kənd sakini, Böyük Vətən müharibəsinin iştirakçısı, uzunömürlü Nəriman Abbasov ilə çay süfrəsi arxasında səmimi söhbət etmişdir.

Qonaqlar səfərin sonunda “Relax” istirahət və turizm mərkəzində olmuşlar.

AzərTac.az