ƏƏSMN tərəfindən 76 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Posted by

ƏƏSMN tərəfindən 76 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıbƏƏSMN tərəfindən 76 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

ƏƏSMN tərəfindən 76 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 76 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salındı. Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla da son ay yarım ərzində 627 nəfər əlilliyi olan şəxs ölkənin Lənkəran və Xaçmaz rayonlarındakı dənizkənarı istirahət mərkəzlərinə istirahətə yola salınıb.

Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, balıq ovu, müxtəlif gəzinti turları, idman yarışları, viktorinalar və s. təşkil edilməklə yanaşı, onlar tibbi və fizioterapevtik müalicə prosedurlarına da cəlb olunurlar.

Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunur.

 

Trend.az