Səlim Müslümov Şəki və daha 5 rayonun sakinlərini qəbul edib

Posted by

Səlim Müslümov Şəki və daha 5 rayonun sakinlərini qəbul edib

Səlim Müslümov Şəki və daha 5 rayonun sakinlərini qəbul edib

Səlim Müslümov Şəki və daha 5 rayonun sakinlərini qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şəki rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən mənzil və minik avtomobilləri, sosial xidmət və müxtəlif növ reabilitasiya vasitələri, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, onların peşə hazırlığına cəlb edilməsi və s. məsələlərlə əlaqədar olub. Ümumilikdə müraciətlər arasında ünvanlı dövlət sosial yardımı və əlilliyin təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib.

S.Müslümov nazirliyin aidiyyatı struktur bölmələrinin rəhbərlərinə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll olunması barədə tapşırıq verib: “Cənab Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin minik avtomobili ilə təminatı cari ilin aprel-may aylarında başa çatdırıldı. Hazırda 30 aprel 2014-cü il tarixli Sərəncamın icrası olaraq cari ilin əvvəlinə qədər növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulanların xüsusi nəqliyyatla təminatı işləri aparılır və bir neçə gün öncə onlardan artıq 200 nəfərinə avtomobil verildi. Bu proses də yaxın aylarda yekunlaşdırılacaq”.

Nazir eyni zamanda əlil və şəhid ailələrinin mənzillə təminatı işlərinin sürətləndirildiyini diqqətə çatdırıb: “Azərbaycan Prezidenti tərəfindən imzalanan 20 iyun 2014-cü il tarixli Sərəncam bu ilin əvvəlinədək mənzil növbəsinə dayanmış, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mənzillə təminatını nəzərdə tutur. Kənd rayonlarında yaşayan belə şəxslər üçün həyətyanı sahəsi olan fərdi evlər tikilib veriləcək. Şəhər yerlərində isə yeni mənzillər satın alınaraq növbədə dayanmış əlil və şəhid ailələrinə təqdim olunacaq. Bununla da əlilliyi olan şəxslər üçün ayrıca çoxmənzilli binalar tikilməsi, əslində onların cəmiyyətə inteqrasiyası prosesinə zidd olaraq, kompakt şəkildə ayrıca çoxmənzilli bir binada yerləşdirilməsi praktikasına artıq son qoyulacaq”.

“Açıq qapı” şəraitində baş tutan qəbul zamanı müraciətləri əsasında 3 nəfər əlilliyi olan şəxsə əlil arabaları təqdim olunub. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb. S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı əlilliyi olan şəxslərin nazirliyin tabeliyindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzində peşə kurslarına cəlb olunması və kursları bitirdikdən sonra onların yiyələndikləri peşələr üzrə işlə təmin olunması barədə göstəriş verib.

Qəbul zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinin sorğu xarakteri daşıdığı məlum olub və onlara müvafiq izahat işi aparılıb. Vətəndaşların müraciətlərində səslənən, lakin Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınıb. Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şəki şəhərinə aparılıb gətirilmələri təmin edilib.

 

Trend.az