Səhiyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Posted by

Səhiyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

 

 

Səhiyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam edir.

 

Dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 5-i saat 10:30-da Şirvan Müalicə Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

 

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbul zamanı Şirvan şəhəri, Saatlı, Sabirabad, Hacıqabul və Kürdəmir rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Müraciət etmək istəyən vətəndaşlar Şirvan Müalicə Diaqnostika Mərkəzində qeydiyyatdan keçə bilərlər.

 

AzərTac.az