Səfir: Noyabrda Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü gözlənilir”

Posted by

Səfir: Noyabrda Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü gözlənilir”Səfir: Noyabrda Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü gözlənilir”

Səfir: Noyabrda Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü gözlənilir”

“Bu ilin noyabr ayında Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla görüşü gözlənilir”.

 

APA-nın verdiyi məlumata görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, üçtərəfli görüşün Parisdə baş tutması planlaşdırılır.

 

Səfir qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sülh prosesində mövcud problemlər müzakirə olunacaq: “Hesab edirəm ki, sülhün qorunub saxlanılması üçün bu görüşün əhəmiyyəti böyükdür. Fransa ilə Azərbaycan arasında ölkələr, dinlər və mədəniyyətlərarası dialoqu artıq qurmuşuq. Gələcəkdə bu dialoqu yüksəltməyə çalışmaq lazımdır. Hazırda Fransa ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirirəm”.

 

Apa.az