Sağlam ailə mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir

Posted by

Fevralın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tərbiyəvi işlər şöbəsinin rəisi vəzifəsini icra edən mayor Fərid Fərəcov çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Tədbirdə AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan xalqının ailə dəyərlərindən danışmış, gənclər arasında ailə dəyərlərinin qorunub saxlanılmasının və onlara sağlam həyat tərzinin aşılanmasının vacibliyini vurğulamışdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva və “Modern inkişaf və ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva gənc nəsil arasında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyindən danışmışlar.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, əsgər və zabitləri maraqlandıran suallar cavablandırılmışdır.

AzərTac.az