Sabah Bakıda “Ali Səviyyədə Görüş” adlı beynəlxalq forum keçiriləcək

Posted by

Sabah Bakıda “Ali Səviyyədə Görüş” adlı beynəlxalq forum keçiriləcək

Sabah Bakıda “Ali Səviyyədə Görüş” adlı beynəlxalq forum keçiriləcəkSabah Bakıda “Ali Səviyyədə Görüş” adlı beynəlxalq forum keçiriləcək

Sabah Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə “Ali Səviyyədə Görüş” adlı Forum öz işinə başlayacaq.

Komitədən APA – ya verilən məlumata görə, Forumun keçirilməsində məqsəd “Birgə Cəmiyyətlər Forumu 2014”ə hazırlıq, 2015-ci il Minillik İnkişaf Proqramı, dini azlıqlar, qadınların cəmiyyətdə aktivliyinin artırılması, qlobal inkişafın yeni paradigması, mədəniyyətlərarası və dinlərarası dialoq kimi mühüm əhəmiyyət kəsb edən problemlərin müzakirə edilməsidir.

Ali Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – prezident Vaira Vike-Freiberga (Latviyanın sabiq prezidenti), doktor İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının direktoru) və Mərkəzin İdarə Heyətinin üzvləri – prezident Tarya Halonen (Finlandiyanın sabiq prezidenti), Walter Fust (YUNESKO-İTU Brodband komissarı) o cümlədən Madrid Klubunun prezidenti Wim Kok (Hollandiyanın sabiq baş naziri) və vitse-prezidentlər Jennifer M. Shipley (Yeni Zelandiyanın sabiq baş naziri), prezident Jorge Quiroga (Boliviyanın sabiq prezidenti) və hər iki qurumun digər üzvləri, o cümlədən tərəfdaş qurumlar – CGDC sədri, prezident Peter Stoyanov (Bolqarıstanın sabiq prezidenti), Dünya Elmlər və Mədəniyyət Akademiyasının prezidenti Dr. İvo Slaus, Gürcüstan Universitetinin həmsədri, xanım Giuli Alasaniya və digər tanınmış simalar iştirak edəcəklər.

Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin iclasının keçirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan Ali Toplantı silsiləvi xarakter daşıyacaq. “Birgə Cəmiyyətlər Forumu 2014” layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantılar keçirilməsi nəzərdə tutulur.
Forum sentyabrın 6 – a kimi davam edəcək.