Rusiya və Krım muxtar respublikanın RF-nin tərkibinə daxil olması haqqında müqavilə imzalayıblar
Rusiya və Krım muxtar respublikanın, o cümlədən Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında müqavilə imzalayıblar. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Müqaviləni RF Prezidenti Vladimir Putin, Krım Ali Şurasının sədri Vladimir Konstantinov, muxtar respublikanın Baş naziri Sergey Aksyonov və Sevastopol Şəhər Şurasının sədri Aleksey Çalıy imzalayıblar.
İmzalanma mərasimindən sonra Rusiya Federasiyasının himni səsləndirilib.
Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Seçicilərin 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.
Trend.az