AMEA-nın bəzi institutlarına səsvermə yolu ilə direktorlar seçilib

Posted by

AMEA-nın bəzi institutlarına səsvermə yolu ilə direktorlar seçilib

AMEA-nın bəzi institutlarına səsvermə yolu ilə direktorlar seçilib

AMEA-nın bəzi institutlarına səsvermə yolu ilə direktorlar seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq, Fəlsəfə, Sosiologiya və Hüquq, Ədəbiyyat, Dilçilik, Əlyazmalar institutları və Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində direktor vəzifələrini tutmaq üçün seçkilər keçirilib.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətində vitse-prezident, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsinin seçkilərin nəticələrinin açıqlanmasına həsr olunmuş ümumi yığıncağı keçirilib.

 

Bölmə üzvlərinin iştirakı ilə keçirilən iclasda gizli səsvermənin nəticələrinin hesablanması üçün akademik Teymur Bünyadov hesablayıcı komissiyanın sədri, AMEA-nın müxbir üzvləri – Rəna Məmmədova, Akif Musayev isə komissiyanın üzvləri təyin edilib.

 

Akademik İ.Həbibbəyli tədbir iştirakçılarına səsvermənin nəticələri haqqında məlumat verərək AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, Ədəbiyyat İnstitutuna akademik İsa Həbibbəyli, Dilçilik İnstitutuna AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, Əlyazmalar İnstitutuna AMEA-nın müxbir üzvü Teymur Kərimli, Milli Azərbaycan Tarixi Muzeyinə akademik Nailə Vəlixanlı və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə AMEA-nın müxbir üzvü Rafael Hüseynovun seçildiyini bildirib.

 

Apa.az