Rəcəb Tayyib Ərdoğan: “TANAP layihəsinə start verilib, yüksək templə iş gedir”

Posted by

Rəcəb Tayyib Ərdoğan: “TANAP layihəsinə start verilib, yüksək templə iş gedir”Rəcəb Tayyib Ərdoğan: “TANAP layihəsinə start verilib, yüksək templə iş gedir”

Rəcəb Tayyib Ərdoğan: “TANAP layihəsinə start verilib, yüksək templə iş gedir”

“Türkmənistan qazının Avropa bazarlarına çıxarılması Avropanın enerji təhlükəsizliyini təmin edəcək”.

 

APA-nın məlumatına görə, bunu Türkmənistanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhammadovla keçirdiyi görüşdə deyib.

 

Onun sözlərinə görə, Türkiyə Azərbaycan və Türkmənistan təbii qazının Qərbə daşınmasında vacib rol oynayır: “Biz Türkmənistan təbii qazının Avropa bazarlarına Türkiyə vasitəsi ilə çıxarılmasına və Avropanın enerji təhlükəsizliyinin təminatına böyük önəm veririk. Türkmən təbii qazının Avropaya daşınmasının təşkil olunması üçün TANAP qaz kəməri layihəsinə start verilib. Bu istiqamətdə yüksək templə iş gedir”.

 

Türkiyə-Türkmənistan danışıqlarının yekununda “Türkmənqaz” dövlət konserni ilə Türkiyənin “Ataqaz” kompaniyası arasında təbii qaz alqı-satışına dair əməkdaşlıqla bağlı çərçivə müqaviləsi imzalanıb.

 

Bundan başqa tərəflər 2015-2016-cı illər üçün ticarət-iqtisadi, təhsil, idman, nəqliyyat sahəsində əməkdaşlıq proqramını imzalayıblar.

 

Qeyd edək ki, ötən il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

 

TANAP vasitəsi ilə Azərbaycanın “Şahdəniz” yatağındakı təbii qaz ehtiyatları Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya vasitəsi ilə İtaliyanın cənubuna ötürüləcək.

 

APA.az