Fransua Olland: “İşsizlik problemini həll edə bilməsəm, 2017-ci ildə prezident seçkilərinə qatılmayacağam”

Posted by

Fransua Olland: “İşsizlik problemini həll edə bilməsəm, 2017-ci ildə prezident seçkilərinə qatılmayacağam”Fransua Olland: “İşsizlik problemini həll edə bilməsəm, 2017-ci ildə prezident seçkilərinə qatılmayacağam”

Fransua Olland: “İşsizlik problemini həll edə bilməsəm, 2017-ci ildə prezident seçkilərinə qatılmayacağam”

Fransa prezidenti Fransua Olland işsizlik problemini həll edə bilməsə, 2017-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmayacaq.

 

APA-nın məlumatına görə, o bunu BBC-yə müsahibəsində deyib.

 

F. Olland hakimiyyətdə olduğu müddətdə müəyyən səhvlərə yol verdiyini bildirsə də, iqtisadi sahədəki islahatları davam etdirəcəyini vurğulayıb.

 

“Kim səhv etməyib ki?! Mən də müyyən yanlışlıqlara yol vermişəm. Siz bəlkə elə düşünürsüz ki, mən xalqa “ötən 5 ildə ölkəni yaxşı idarə edə bilməmişəm, amma söz verirəm ki, növbəti illərdə bundan yaxşısını edəcəm” deyə bilərəm?!”, – deyə o bildirib.

 

Xatırladaq ki, hazırda Fransada işsizliyin səviyyəsi 11 faizdir. Sorğuların nəticələri F. Ollandın reytinqinin aşağı olduğunu, əhalinin daha çox Le Penin rəhbərlik etdiyi Xalq Cəbhəsi partiyasına inandığını göstərir.

 

APA.az