Rəcəb Tayyib Ərdoğan: NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək

Posted by

Rəcəb Tayyib Ərdoğan: NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcəkRəcəb Tayyib Ərdoğan: NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək

Rəcəb Tayyib Ərdoğan: NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək

“NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək”. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Türkiyə Prezidenti bildirib ki, NATO sammitində bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlərin yerinə yetirilməsinin vacibliyi vurğulanacaq: “Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha ifadə edəcəyik”.

 

Trend/az