İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayıb

Posted by

İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun Bakıya səfəri başlayıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, səfər zamanı İ.Rəhimpur azərbaycanlı həmkarı və digər rəsmilərlə görüşəcək, iki ölkə arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcək.

İ.Rəhimpur Bakıdan sonra martın 15-16-da Naxçıvana səfər edəcək. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmilərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Trend.az