İranın Azərbaycandakı səfiri tarzən Ramiz Quliyevlə görüşüb

Posted by

İranın Azərbaycandakı səfiri tarzən Ramiz Quliyevlə görüşüb

 

İranın Azərbaycandakı səfiri tarzən Ramiz Quliyevlə görüşüb

İranın Azərbaycandakı səfiri tarzən Ramiz Quliyevlə görüşüb

 

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyevlə görüşüb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Görüşdə səfir Möhsün Pakayin Ramiz Quliyevin Tehranda keçirilən 29-cu Beynəlxalq “Fəcr” musiqi festivalında iştirakından məmnunluğunu bildirib və R.Quliyevin ifalarının İran xalqı tərəfindən bəyənildiyini deyib: “İran xalqı iki ölkənin müştərək mədəni nümunəsi olan muğam musiqisini çox sevir və bu, onu göstərir ki, müştərək mədəni əlaqələrin inkişafı iki ölkənin xalqlarının bir-birinə bağlanmasında böyük rol oynaya bilər”.

Qeyd edək ki, tarzən Ramiz Quliyev İranın paytaxtı Tehranda fevralın 13-dən 23-dək keçirilən 29-cu Beynəlxalq “Fəcr” musiqi festivalında təşkilatçıların qərarına əsasən, festivalının yüksək mükafatı olan “Qızıl çəng”lə təltif edilib.

Festivalda 16 ölkədən tanınmış ifaçılar və musiqi qrupları iştirak etmişdi.

Ramiz Quliyev də öz növbəsində İran səfirinə və xalqına festival çərçivəsində onun ifalarına göstərdikləri diqqət və marağa görə təşəkkürünü bildirib: “Mən bir çox ölkələrə səfər edirəm, lakin hər dəfə İran xalqı üçün ifa edərkən hiss edirəm ki, öz evimdəyəm və onların alqışları ilə fəxr edirəm”.

Sonda İran səfirliyinin mədəniyyət məsələləri üzrə yeni müşaviri İbrahim İbrahimi də R.Quliyevi “Fəcr” festivalında əldə etdiyi uğurlara görə təbrik edib: “İran və Azərbaycan müsiqiçilərinin müştərək proqramlarının təşkili sahəsində əməkdaşlıq etməyə hazırıq”.

 

Trend.az