İran səfiri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir”

Posted by

“Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilməlidir”.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Səfir deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir: “İran hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanmaması bölgənin təhlükəsizliyi üçün təhdiddir. Bu münaqişənin davam etməsi yalnız bölgənin təhlükəsizliyi üçün problemlər meydana gətirməyəcək. Eyni zamanda böyük iqtisadi layihələr və əməkdaşlıq sahələrində də böyük maneələr meydana gələcək. Ona görə də Qarabağ münaqişəsinin tezliklə həll edilməsi lazımdır”.